Texniki izolyasiya
Standart icrada mat armaturlanmış alüminium folqa ilə örtülmüş olur. yapışdırılmış tikişli folqalanmış örtü buxarizolyasiyaedici funksiyanı yerinə yetirir. Bu isə soyuq borukəmərlərində
və hava borularında əlavə buxarizolyasiyaedici qatın qurulmasına imkan verir. matın əsası – daş pambığından yanmayan lameldir.
Мат ТЕХНО- daş pambıqdan tikişsiz matdır. Matları bazalt qrupuna aid daq süxurları əsasındakı hidrofoblaşdırılmış daş pambığından hazırlayırlar.Bir tərəfi armaturlanmış alüminium folqa ilə kaşirlənmiş şəkildə hazırlana bilər. Мат ТЕХНО-nun ümumi tikinti təyinatlı izolyasiyasından başlıca fərqi geniş temperatur diapazonunda istifadə oluna bilməsi və liflərin yüksək temperatura davamlığıdır.
ТЕХНО Т plitəsi daş pambığından sərt plitədir.Plitələr bazalt qrupuna aid dağ süxurları əsasındakı mineral pambıqdan hazırlanır. Plitələrin bir tərəfi armaturlanmış alüminium folqa və ya şüşəxolstla kaşirlənmiş şəkildə buraxıla bilərlər. ТЕХНО Т plitələrinin ümumtikinti təyinatlı izolyasiyaedicilərdən əsas fərqi, onların geniş temperatur diapazonunda istifadəsinin mümkünlüyüdür.
Tikişli Мат ТЕХНО- bazalt qrupuna aid dağ süxurları əsasındakı mineral pambıqdan hazırlanmış yanmayan, istilik – səsizolyasiyaedici tikişli matdır. Matın bir tərəfi setka ilə (qalvanizasiya edilmiş və ya sinklənmiş poladdan) örtülür və sinklənmiş metalik məftillə tikilir. Мат həmçinin bir tərəfdən folqa ilə (armaturlanmış və armaturlanmamış) örtülmüşm şəkildə də istehsal edilə bilər.