Tətbiq sahəsi:
Hava borularının, ventilyasiya avadanlıqlarının, çənlərin, eləcə də diametri 230mm-dən çox olan boru kəmərlərinin və yastı səthlərin istilik və buxarizolyasiyası üçün . Mülki və sənaye tikintisinin yeni tikililərində və boru kəmərləri çəkdikdə, eləcə də müxtəlif təyinatlı bina və qurğuların rekonstruksiyasında .izolyasiya edilən səthlərin temperaturu + 2500C olduqda daş pambığı tərəfdən səthə montaj edirlər (folqa tərəfdən montaj maksimal temperatur + 800C –dən çox olmadıqda tətbiq edilə bilər.)
aşağıdakı funksiyaları yerinə yetirir:
· İstilikizolyasiyası
· Buxarizolyasiyası
· Otaqlarda olan obyektlər üçün tamamlanmış qoruyucu dekorativ örtük kimi (otaqlardan kənarda qoruyucu örtük qatı qaurmaq lazımdır).
İşlərin icrası:
“Avadanlıqların və boru kəmərlərinin istilikizolyasiyası Sisteminin texniki həlləri Albomu” na müvafiq olaraq. Hər hansı tip montajda matın su ilə təması istisna edilməlidir. Təmas ehtimalı və ya suyun təsiri ola bilərsə qızmar avadanlıq üzərində qoruyucu örtük qatı qurmaq lazımdır (CG 61.13330.2012 “ Avadanlıq və boru kəmərlərinin istilikizolyasiyası sənədinə uyğun olaraq) Soyuq avadanlıq üzərində: buxarizolyasiyaedici və qoruyucu örtük qatı qurulmalıdır.
Saxlanması və daşınması:
Örtülü anbarlarda, atmosfer yağıntılarının təsirindən qoruyaraq saxlanılmalıdır. Daşınma zamanı zədələnmələrdən və nəmliyin təsirindən qirumaq lazımdır.