Tətbiq sahəsi:
XPS ТехноНиколь CARBON ECO kottec və azmərtəbəli tikintilərdə özüllərin, damların, döşənmələrin istilikizolyasiyasiyasının qurulması və fasadların isidilməsi üçün tətbiq edilir.
İşlərin icrası:
ТехноНиколь Korporasiyasının polimer membranından birqatlı dam örtüklərinin layihələndirilməsi və qurulması üzrə Əsasnamə, 3-cü redaksiya 2010-cu il və ТехноНиколь Korporasiyasının bitum-polimer materiallarından damn örtüklərinin layihələndirilməsi və qurulması üzrə “Əsasnamə” sənədlərinə müvafiq olaraq
Saxlanması:
Plitələr quru və qapalı otaqda, üfüqi vəziyyətdə, üst-üstə yığaraq (ştabellər şəklində), qızdırıcı cihazlardan 1m-dən az olmayan məsafədə saxlanılmalıdır. Cardaq altında, altlıqlara yığaraq və ya açıq havada xüsusi qablaşdırılmış şəraitdə plitələrin saxlanılmasına yol verilir.
Daşınması:
ТехноНиколь XPS plitələrini 500 km məsafəyədək açıq avtomobil nəqliyyatında, atmosfer yığıntılarından və günəş şüalarından mütləq qoruyaraq daşımaq olar.
Qablanması:
Plitılər ultrabənövşəyi (UB) şüalarla stabilləşdirilmiş plyonkalara qablanır və altlıqlarda göndərilir.