Məhsulun təsviri:
Düz dam üçün daş yunu istilik izolasiya plitələri.
TEXNORUF 45 – bazalt qrupuna aid dağ süxurları əsasında mineral pambıqdan hazırlanmış yanmayan, hidrofobiya edilmiş istilik – səs izolyasiya edici plitələrdir.
Tətbiq olunma sahəsi:
Sənaye və mülki inşaatda müxtəlif təyinatlı bina və tikililərin yeni inşasında və rekonstruksiyasında istilik – səs izolyasiya qatı kimi istifadə olunur.
Teknoruf lövhələri, iki və ya üç qatlı dam izolyasiyası üçün alt qat kimi istifadə olunur. Ayrıca izolyasiyanın səthində «nəm» və ya «quru» hazırlıq qatına izolyasiya kimi istifadə olunur.
Mənbə:
İşlərin ictrası «TEXNONIKOL Korporasiyasının» polimer membranlarından təkqatlı dam ortuklərinin layihələndirilməsi və montajı uzrə Əsasnamə 3-cu redaksiya 2010-cu il, «TEXNONIKOL Dam ortuyu Korporasiyasının bitum-polimer materiallarından dam ortuklərinin layihələndirilməsi və qurulması uzrə Əsasnamə» sənədlərinə muvafiq olaraq.
Saxlanılma:
Plitələr markalar və ölçülər üzrə ayrılaraq qablaşdırılmış və nizamla altlıqlara düzülmüş şəkildə saxlanılmalıdır. Bütün saxlanılma müddəti ərzində material atmosfer yağıntılarının təsirindən qorunmalıdır. Saxlanılan
plitə ştabellərinin hundurluyu 3 m-dən cox olmamalıdır.
Daşıma:
Plitələrin daşınması və saxlanılması QOST 25880-83-ün tələblərinə uyğun olmalıdır. Plitələri anbarda bir sutkadan az olmayan müddətdə saxladıqdan sonra istehlakçıya göndərirlər.
Qablaşdırma haqqında məlumat:
Plitələri termiki sıxlaşdırılmış polietilen plyonkaya qablayırlar. Plitələrin plyonkaya bükülməsi və fiksasiya edilməsi üsulu etibarlı və möhkəm qablanmanı, yükləməboşaltma işlərində, daşınma və saxlanılma zamanı plitələrin zədələnməməsini (bütövlüyünü) təmin etməlidir.