Tətbiq sahəsi:
Sənaye və mülki tikinti sahələrinin yeni tikililərində və müxtəlif təyinatlı bina və qurğuların rekonstruksiyasında istilikizolyasiyaedici qat kimi. ТЕХНОРУФ В ПРОФ plitələri iki- və ya üçqatlı dam örtüyü konstruksiyalarında və köhnə dam örtüklərinin təmirində xarici (üst) qat kimi, eləcə də çoxqatlı dam örtüyü konstruksiyalarında, profilləndirilmiş polad döşənəklərə yüksək yüklər təsir etdikdə, aşağı qat kimi tətbiq edilmək üçün nəzərdə tutulmuşdur.
İşlərin icrası:
1) «Техно Николь Korporasiyasının polimer membranlarından birqatlı dam örtüklərinin layihələndirilməsi və montajı üzrə Əsasnamə, 3-cü redaksiya, 2010 cı il » və
2) «Техно Николь Dam örtüyü Korporasiyasının bitum –polimer materiallarından dam örtüklərinin layihələndirilməsi və qurulması üzrə Əsasnamə” sənədlərinə uyğun olaraq.
Saxlanması :
Plitələr qablanmış və ştabellərlə altlığa markalarına və ölçülərinə görə ayrı-ayrılıqda yığılmış vəziyyətdə saxlanmalıdır. Saxlama müddətində material atmosfer yağıntılarından qorunmalıdır.Saxlanılan plitə ştabellərinin hündürlüyü 3 m-dən çox olmamalıdır.