Tətbiq sahəsi:
Mülki və sənaye tikintisinin yeni tikililərində və müxtəlif təyinatlı bina və qurğuların rekonstruksiyasında istilikizolyasiyaedici qat kimi ТЕХНОРУФ В ЭКСТРА plitələri iki və ya üçqatlı dam örtüyü konstruksiyalarında və köhnə dam örtüklərinin təmirində xarici qat kimi tətbiq edilir. Eləcə də çoxqatlı dam örtüyü konstruksiyalarında, profilləndirilmiş polad döşənək yüksək yüklənmələrə məruz qaldıqda, aşağı qat kimi istifadə edilir.
İşlərin icrası:
1) “ТехноНиколь Korporasiyasının polimer membranlarından birqatlı dam örtüklərinin layihələndirilməsi və montajı üzrə Əsasnamə, 4-cü redaksiya, 2014-cü il ”
2) “ТехноНиколь Dam örtüyü Kompaniyasının bitum-polimer materiallarından dam örtüklərinin layihələndirilməsi və qurulması üzrə Əsasnamə” sənədlərinə uyöun olaraq
Saxlanması:
Plitələri qablanmış vəziyyətdə, markalarına və ölçülərinə görə ayrı-ayrı ştabellər şəklində altlıqlara yığaraq saxlamaq lazımdır. Saxlanma müddətinin sonunadək material atmosfer yağıntılarından qorunmalıdır. Saxlanılan plitə ştabellərinin hündürlüyü 3 m-dən çox olmamalıdır.