Tətbiq sahəsi :
ТЕХНОФЛОР ГРУНТ plitələri torpaq üzərində qurulan döşəmələrin, üzən döşəmələrin və isidilən döşəmələrin istilik və səsizolyasiyası üçün nəzərdə tutulmuşdur. ТЕХНОФЛОР СТАНДАРТ plitələri “üzən” döşəmələrin istilik və səs izolyasiyası üçün, betonu və ya sement düzləndirici qatını bilavasitə istilikizolyasiyaedici üzərinə döşədikdə, istifadə edilməlidir.
ТЕХНОФЛОР ПРОФ plitələri yüksək normativli yüklənmələri olan döşəmələrin, o cümlədən “üzən” və istiləndirilən döşəmələrin, düzləndirici qatlı istehsalat, idman və anbar təyinatlı otaq döşəmələrinin istilik və səsizolyasiyası üçün nəzərdə tutulmuşdur.
İşlərin icrası:
“İnşaat konstruksiyalarının səsizolyasiyasının layihələndirilməsi və qurulması üzrə Əsasnamə, ТЕХНОНИКОЛЬ Korporasiyası, 2012-ci il sənədinə müvafiq olaraq”
Saxlanması:
Plitələr qablanmış şəkildə, ştabellərlə altlıqlara markalarına və ölçülərinə görə ayrı-ayrılıqda yığılaraq saxlanılmalıdır. Saxlanma müddətində plitələr atmosfer yağıntılarının təsirindən qorunmalıdır.