Butilkauçuk hermetiki ТЕХНОНИКОЛЬ №45
Butilkauçuk hermetiki ТЕХНОНИКОЛЬ №45 butilkauçukdan, üzvi həlledicidən, modifikasiyaedici əlavələrdən və doldurucudan ibarətdir Soyuq halda bərkiyən materiallara aiddir.
Geniş işçi temperatur diapazonuna, yüksək elastikliyə, ultrabənövşəyi şüalara davamlığa və qısa müddətda quruma qabiliyyətinə malikdir.
Rəngi: boz,ağ
İnşaat qaydaları (İQ) 131.13330.2012 üzrə bitum iqlim rayonlarında istifadə edilə bilər. Ağ rəngli hermetiki müxtəlif növ fasad boyaları ilə örtmək olar,əvvəlcə ayrı bir yerdə rəngləmə testi keçirmək lazımdır.
Tətbiq sahəsi :
İstifadə edilə bilər:
- panellərarası tikişlərin və yığma inşaat konstruksiyalarının başqa qovuşma yerlərinin hermetikləşdirilməsində;
- sənaye və təsərrüfat təyinatlı beton və dəmir-beton konstruksiyaların daxili və xarici səthlərinin hidroizolyasiyasında; korroziyadan qorumaq məqsədilə.
İşlərin icrası:
İQ 70.13330.2012 və “Butilkauçuk hermetiki Тухнониколь № 45-in istifadəsi üzrə Əsasnamə” yə görə İstifadə temperaturu diapazonu : -200C-dən + 400C-dək. Temperatur 50C-dən aşağı olduqda 24 saatdan az olmayan müddətdə isti otaqda saxlamalı. Xassələrin tamlıqla yığılma müddəti ətraf mühitin temperturu və nəmliyindən asılıdır. Nəfəs yollarını qoruyan FMV-dən istifadə etməli. Dəriyə və gözə düşməsindən qorunmalı. Yaşayış otaqları daxilində istifadə etməməli. Açıq alov mənbələri yaxınlığında istifadə etməməli.
Saxlanması:
Quru və işıqdan qorunan yerdə,- 200C-dən, + 300C-dən temperaturda saxlamalı. Zəmanətli saxlama müddəti-18 aydır.
Əsas fiziki-mexaniki xarakteristikaları:
|
Göstəricilərin adı |
Ölçü vahidi |
Meyar |
Qiymət |
Sınaq metodu |
|
İşçi tərkibin sıxlığı |
Kq/m3 |
- |
800-1000 |
ГОСТ31992.1-2012 |
|
Dağılma anında şərti möhkəmlik |
MPa |
az olm. |
0,2 |
ГОСТ26589-94 |
|
Dağılma anında nisbi uzanma |
% |
az olm. |
100 |
“ ---“ |
|
Betona adgeziya möhkəm. |
MPa |
az olm. |
0,2 |
ГОСТ 26589, Б metodu. TŞ 5775-052-72746455-200 4.8 bəndi |
|
Quru qalığın kütlə qismi |
% |
hüdudlar |
± |
TŞ 5775-052727464552011 4.9 bəndi |
|
3-cü dərəcəyədək quruma müddəti |
dəq. |
Çox olm. |
60 |
ГОСТ19007-73 |
Отзывы могут оставлять только зарегистрированные пользователи