Məhsulun təsviri:
TEXNONİKOL emulsiyalı dam örtüyü mastikası №31 – süni kauçukla, texnoloji əlavələrlə və mineral doldurucularla modifikasiya edilmiş neft bitumunun su emulsiyası olan və istifadəyə hazır materialı özündə ehtiva edir. Onun əsasında hazırlanmış örtüklər yüksək elestikliyə, əsasla möhkəm birləşməyə, istiliyə davamlılığa, rütubətin təsirinə qarşı davamlılığa malik olur. Tərkibində həlledicilər yoxdur.
Tətbiq olunma sahəsi:
Aşağıdakılar üçün nəzərdə tutulmuşdur:
− daxili məkanlarda (vanna otaqlarında, hovuz döşəmələrinin, eyvanların, zirzəmilərin) sürtmə hidroizolyasiyanın quraşdırılması;
− mastikalı dam örtüklərinin quraşdırılması və bütün növ dam örtüklərinin təmiri
(şüşəparça, rulonlu materialla birlikdə və ya onlarsız);
− dam örtüyünün qoruyucu qatlarının quraşdırılması;
− inşaat konstruksiyalarının (bünövrələrin, zirzəmilərin, torpaq altında qalan dirəklərin və yaxud da rütubətli mühitlə təmasda olan digər obyektlərin) hidroizolyasiya müdafiəsi;
Mastikanın sərfiyyatı:
mastikalı dam örtüyünün quraşdırılması üçün – 3,8-5,7 kq/m2;
hidroizolyasiyanın quraşdırılması üçün – 2,5-3,5 kq/m2.
İstifadə təlimatı:
SП 17.13330.2017 DAM ÖRTÜKLƏRİ- nə əsasən.
İstifadə temperaturunun diapazonu +5 °С-dən +30 °С-dək.
Standart şəraitdə mastikanın quruma müddəti 24 saatdan çox deyil.
Məhsul su əsasındadır, tərkibində üzvi həlledicilər yoxdur. Dəriyə və gözə düşməsinin qarşısını alın.
Saxlanılma:
Quru, işıqdan və rütubətdən qorunan yerdə +5 °С-dən +30 °С-dək temperaturda saxlayın.
Zəmanətli saxlanma müddəti – 6 aydır.
Daşıma:
Mastika bütün nəqliyyat vasitələri ilə qapalı nəqliyyat vasitələrində bir sıra hündürlükdə, bu nəqliyyat növündə qüvvədə olan malların +5 ºС-dən aşağı olmayan bir temperaturda daşınması qaydalarına uyğun olaraq daşınır.
Qablaşdırma haqqında məlumat:
20 l, 10 l, 3 l həcmli metal avrovedrələr.