Məhsulun təsviri:
TEXNONİKOL bitumlu emulsiya praymeri № 04 – texnoloji əlavələrlə modifikasiya edilmiş neft bitumunun su emulsiyasıdır. Tərkibində həlledicilər yoxdur.
Tətbiq olunma sahəsi:
Aşağıdakılar üçün nəzərdə tutulmuşdur:
− məkan daxilində hazırlıq işlərinin aparılması;
− əridilən və özüyapışan dam örtüyü və hidroizolyasiya materiallarını döşəməzdən əvvəl sement-qum, beton və digər səthlərin qruntlaşdırılması;
− hidroizolyasiya örtüyünün əsasa möhkəm bərkiməsini təmin etmək.
Praymerin sərfiyyatı – 0,25-0,35 l/m2.
İstifadə təlimatı:
TexnoNİKOL Korporasiyasının bitum-polimer əriyən materiallarından dam örtüklərinin layihələndirilməsi və inşa edilməsi üzrə ümumi təlimatına əsasən, TexnoNİKOL Korporasiyasının yeraltı qurğularının hidroizolyasiyası üzrə təlimatına əsasən.
İstifadə temperaturunun diapazonu +5 °С-dən +30 °С-dək.
Standart şəraitdə praymerin quruma müddəti 1 saatdan çox deyil.
Məhsul su əsaslıdır, tərkibində üzvi həlledicilər yoxdur. Dəriyə və gözə düşməsinin qarşısını alın.
Saxlanılma:
Quru, işıqdan və rütubətdən qorunan yerdə +5 °С-dən aşağı olmayan temperaturda saxlayın.
Zəmanətli saxlanma müddəti – 6 aydır.
Daşıma:
Mastika bütün nəqliyyat vasitələri ilə, qapalı nəqliyyat vasitələrində, bir sıra hündürlükdə, bu nəqliyyat növündə qüvvədə olan malların +5 ºС-dən aşağı olmayan bir temperaturda daşınması qaydalarına uyğun olaraq daşınır.
Qablaşdırma haqqında məlumat:
20 l həcmli plastik vedrələr.